Qış fəslinin dəm qazı problemi: Zəhərlənmələr artmaqda davam edir - VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
Qış aylarında qaza tələbatın artması dəm qazından zəhərlənmə hallarını da gündəmə gətirir. Təəssüflər olsun ki, qaz cihazlarının, tüstü bacalarının, havalandırma sisteminin saz vəziyyətdə olmaması ölüm hallarının sayını artırır.
Ekspert Nüsrət Qasımovun sözlərinə görə, mənzil daxilində qazın təhlükəsiz istifadə qaydalarına bilavasitə abonent özü cavabdehdir:
“Vətəndaş mənzildə qaz siqnal aparatı quraşdırmalıdır. Qaz sızması baş verdikdə qaz detektorlarının siqnalizasiyası işə düşür. Amma əksər insanlar bu qurğudan istifadə etmir”.
Kliniki tibbi mərkəzin toksikologiya şöbəsindən verilən məlumata görə ay ərzində dəm qazından zəhərlənmə ilə bağlı üçü azyaşlı uşaq olmaqla, 32 müraciət daxil olub.
Ətraflı BAKU.TV-nin süjetini təqdim edirik:
Oxşar xəbərlər
Sakit ölümün qurbanları - Azərbaycanda nə baş verir?
Noyabr ayı ərzində dəm qazından 25 nəfər zəhərlənib. BAKU.WS xəbər verir ki, bu barədə Kliniki Tibbi Mərkəzin (KTM) Toksikologiya şöbəsinin rəhbəri Azər Maqsudo...