Qərbi Azərbaycan Xronikası: Baş redaktorun intihar kimi təqdim olunan müəmmalı qətli - VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində sənətşünaslıq üzrə fəlsəfə doktoru Elçin Əlibəylinin təqdimatında Milli Mətbuat Günü münasibətilə Qərbi Azərbaycanda fəaliyyət göstərən mətbuat orqanları haqqında xüsusi buraxılış hazırlanıb.
"Sovet Ermənistanı" qəzetinin Baş redaktoru Həbib Həsənovun qardaşının erməni həkimləri tərəfindən öldürülməsi, Baş redaktor Məhərrəm Bayramovun intihar kimi təqdim olunan müəmmalı ölümünün gerçək üzü, hadisədən bir neçə saat sonra orada olmuş şahidin gördüyü gerçəklər, bir sözlə, 42 il gizli qalan mətləblərə aydınlıq gətirilir.
Eyni zamanda, çilçıraqdan tapılan güllə, “Polyak” ləqəbli qatil və gizlədilən öldürülmə faktının açılmasından, “Sovet Ermənistanı” qəzetinin təqib olunan Baş redaktorlarından, yandırılan redaksiya, kollektivin dinc etiraz aksiyasından və İrəvanda sonuncu günlərdən bəhs olunur.
Bundan əlavə, bölgə qəzetlərinin gerçək durumu, Qərbi Azərbaycanda yüksək vəzifə tutan Talıb Musayev, Yunis Rzayev, Qəşəm Aslanov və digər rəhbər şəxslərə qarşı Ermənistanda olunan amansız təqiblər, mətbuat bayramında əzablı tale yaşayan, redaksiyaları dağıdılan Qərbi Azərbaycan KİV-lərinin kədərli tarixçəsi barədə də məlumat verilir.
Verilişdə qocaman jurnalistlər Allahyar Rəhimov, Nəcəf Şabanov, Qədir Aslanov və mətbəə işçisi Binnət Əsgər bir çox mətləblərə aydınlıq gətirib, qəzetlərin, radionun fəaliyyətindən danışıblar.
Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.
Oxşar xəbərlər
Prezident əfv sərəncamı imzaladı - SİYAHI
Prezident İlham Əliyev məhkum edilmiş bir sıra şəxslərin Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyi münasibətilə əfv olunması haqqı...