Qaz sayğacları sərfiyyatı artıq qeydə alır? - AÇIQLAMA - VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti “Azəriqaz” İstehsalat Birliyinin quraşdırdığı yeni qaz sayğaclarıyla bağlı istehlakçılarda yaranan narazılığa aydınlıq gətirib.
BAKU.WS-in məlumatına görə, ARB televiziya kanalında yayımlanan reportajda Dövlət Xidmətinin rəis müavini Məmməd Abbasbəyli bildirib ki, yoxlamalar aparılıb və hər hansı sayğacda normadan kənarlaşma qeydə alınmayıb:
“Tabeliyimizdə olan qurum var, Azərbaycan Metrologiya İnstitutu... Metrologiya İnstitutu bütün ölçmə vasitələrinin yoxlaması ilə məşğuldur və “Azəriqaz”ın sayğacları quraşdırılmazdan qabaq onların hamısı bu stendlərdə testlərdən keçib və o testlər düzgün olduqda onlar quraşdırılır. Ona görə bu sahədə biz də yoxlama aparmışıq”.
Oxşar xəbərlər
Prezident İlham Əliyev xalqa müraciət edib - VİDEO
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev xalqa müraciət edib. BAKU.WS müraciəti təqdim edir. Prezident İlham Əliyevin xalqa müraciəti - Əziz həmvətənl...