Qarajlar yolu bərbad vəziyyətə salıb: "Ustaların səs-küyündən gecələr yata bilmirik" - VİDEO

Bakının Xətai rayonu, Babək prospektində Rezervarlar adlanan küçədə qarajlar sakinlərə problem yaradıb. Bu azmış kimi ərazidə illərlə park edilmiş sahibsiz bilinməyən avtomobillər var. Üstəlik yol da bərbad vəziyyətdədir.
BAKU.WS xəbər verir ki, sakinlərin Atv-yə bildirdiyinə görə, qarajların yolu daraltması bir dərd, ustaların səs-küyündən gecə-gündüzlərinin olmaması isə başqa dərddir.
Sakinlərin şikayətləri maşın ustalarının diqqətinə çatdırılsa da, and-aman ediblər ki, gecələr burada səs olmur. Qarajların yolu bağlamasına gəlincə isə qeyd ediblər ki, bu sakinlərin istifadə etdiyi əsas yol yox, alternativ yoldur.
Məlumata görə, obyektlər ayrı-ayrı şəxslər tərəfindən icarəyə verilib.
Ərazi ilə bağlı Xətai Rayon İcra Hakimiyyətindən bildirilib ki, həmin ərazinin yaxın vaxtlarda abalaşdırılması nəzərdə tutulur.
Daha ətraflı süjetdə:
Oxşar xəbərlər
İlham Əliyev Rusiyanın aparıcı KİV rəhbərləri ilə görüşüb - YENİLƏNİB - VİDEO
Xəbər verildiyi kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiya Federasiyasına rəsmi səfəri çərçivəsində fevralın 23-də TASS agentliyində bu ölk...
