Qarabağda erməniləri lərzəyə gətirən silahımız (VİDEO)
Son günlər cəbhədə təxribata əl atan Ermənistan ordusu kəndlərimizi atəşə tutur.
BAKU.WS-in məlumatına görə, Azərbaycan ordusu istənilən vaxt düşmənin təxribatının qarşısını almaq üçün hazırdır. Ordumuz hazırda düşmənin hərbi obyektlərinə zərbələr endirir.
Azərbaycan Silahlı Qüvvələrinin arsenalında Ermənistana böyük məğlubiyyət yaşadacaq hərbi texnilara sahibdir. Ermənilərin Qarabağdakı hərbi bazalarını bir neçə saat ərzində darmadağın edə biləcək texnikalara sahib ordumuz hələki potensialının heç 5%-i istifadə etməyib.
Azərbaycan ordusunda olan S-125 tipli zenit raket kompleksləri döyüş atışlı zərbələrlə hava məkanını pozan düşmənin hədəflərini dərhal məhv edə bilər. S125 zenit raket kompleksi (ZRK) – yaxın təsir dairəsinə malik olan silah sistemidir. 1961-ci ildən SSRİ silahlı qüvvələrində istifadəyə qəbul edilib.
Zenit raket kompleksi S-125 "Peçora" aşağıdan uçan pilotlu və ya pilotsuz aparatların 20 – 18 000 m hündürlükdə və 3,5 – 25 km uzaqlıqda vurulması üçün nəzərdə tutulub. Hədəfin dəqiq nişan alınması da əsas məqsədlərdəndir. Bunun üçün bir-birinə perpendikulyar olan iki müstəvi arasındakı boşluğun skanerlənməsi lazım idi ki, hədəfdən və raketdən gələn siqnalların uzlaşdırılması mümkün olsun. Hədəfin tutulması üçün əlavə antenadan buraxılan nazik şüadan istifadə edilir.
S-125 ZRK üçün "Fakel" konstruktor bürosunda işləib hazırlanmış 2 pilləli, sürətləndirici və marş bərk yanacaqla işləyən mühərriklərdən istifadə edilir. 1961-ci ildə orduya qəbul edilən "Peçora" V=560 m/san sürətlə uçan hədəfi iki raketlə 0,98 ehtimalı ilə vurmaq imkanına malikdir.
İstifadə olunduğu müddətdə dəfələrlə təkmilləşdirilib.
BAKU.WS
Oxşar xəbərlər
Cəbhədə ağır döyüş gedir: ermənilər itkilərini etiraf etdilər
Ötən gün Azərbaycan Müdafiə Nazirliyinin düşmənin 10-15 canlı qüvvəsi və hərbi texnikasının məhv edilməsi xəbərini təkzib edən erməni tərəfi bu gündən başlayara...