Problemli kreditlərdə zaminlərin ödədiyi vəsaitlər kimə qaytarılacaq? - RƏSMİ CAVAB - VİDEO
04
mar
2019
21:50
Problemli kreditlərdə zaminlərin ödədiyi vəsaitlərin kimə qaytarılacağı ilə bağlı hələlik heç bir qərar verilməyib.Bunu maliyyə naziri Samir Şərifov deyib.Nazir bildirib ki, zamin, borclu, borc verən və bu prosesə qoşulmuş digər tərəflər arasında hər bir fərdi hala ayrıca baxılmasına ehtiyac var. Bununla əlaqədar olaraq nazirlikdə "qaynar xətt" yaradılacaq və müraciətlər əsasında qərar qəbul ediləcək.Samir Şərifov borcu ödəmədiyi üçün adı "qara siyahı"ya salınanlardan da danışıb. O qeyd edib ki, sözügedən şəxslərin adı həmin siyahılardan çıxarılacaq.Nazir onu da qeyd edib ki, problemli kredit məsələsi həll edildikdən sonra Azərbaycanın kredit reytinqi bərpa olunmalı və əvvəlki illərdəki kimi investisiya səviyyəli reytinqə qaytarılmalıdır.BAKU.WS
Oxşar xəbərlər
Bu şəxslərin ölkədən çıxışı ilə bağlı qadağa qalxacaq
Prezident İlham Əliyevin fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında fərmanından irəli gələn məsələlərə dair bütün hüquqi...