Polşanın Azərbaycandakı səfirliyi qarşısında nələr baş verir? – VİDEO

Polşanın Azərbaycandakı səfirliyi qarşısında nələr baş verir? – VİDEO
Video
Video 3643
Polşanın Azərbaycandakı səfirliyi bu ölkəyə Şengen vizası almaq istəyən şəxslər üçün problemlər yaranıb.BAKU.WS xəbər verir ki, bu barədə sosial şəbəkələrdə informasiya yayılıb. Bildirilir ki, Şengel vizası alanların sayı çoxalıb. Bu səbəbdən də, sənədlərin verilməsində texniki problemlər yaranıb.
Məsələyə aydınlıq gətirmək üçün səfirliyə üz tutduq. BAKU.WS-in əməkdaşı hadisə yerində olarkən səfirliyin qarşısında iddia olunduğu kimi çox insan yox idi. Sənəd verənlərlə söhbət zamanı məlum oldu ki, viza alanlardan bəziləri tələbə adı ilə ölkədən getmək istəyirlər. Bəziləri isə sərhədi gəzmək üçün tərk etmək istəyirlər.
Səfirlikdən "report"a verilən məlumatda bildirilir ki, diplomatik nümayəndəliyin heç bir şirkət və ya şəxsin Polşanın Azərbaycandakı diplomatik korpusundakı elektron konsulluq sistemində viza ərizəsi vermək üçün qeydiyyatdan keçmək üçün heç bir ödəniş haqqı götürməyə hüququ yoxdur. "Qeydiyyat pulsuzdur və yalnız www.e-konsulat.gov.pl saytına daxil olmaqla qeydiyyatdan keçmək mümkündür. Viza sistemində yerləri sifariş etməklə sonra satmaq və ya maraqlı şəxslərə ötürmək yalnız sistemin bloklanmasına səbəb olur. Buna görə də qeydiyyatdan keçmək və görüş götürmək mümkün olmur. Səfirlik belə bir prosedurun olması barədə siqnallar aldığından bütün bu cür hallar Polşaya viza almaq istəyən Azərbaycan vətəndaşları və digər ölkələrin Azərbaycandakı vətəndaşları tərəfindən polisə bildirilməlidir", - deyə səfirlikdən vurğulanıb. Qeyd edək ki, ötən gün kütləvi informasiya vasitələrində və sosial şəbəkələrdə Polşanın Azərbaycandakı səfirliyinin qarşısına Şengen vizası almaq istəyən şəxslərdən ibarət böyük növbələrin yarandığını əks etdirən videolar yayılıb. BAKU.WS

Son xəbərlər