Paytaxtdakı baxımsız piyada keçidi - Sakinlər etiraz edir - VİDEO

Paytaxtdakı baxımsız piyada keçidi - Sakinlər etiraz edir - VİDEO
Video
Video 97

Paytaxtdakı piyada keçidlərindən biri baxımsız vəziyyətdədir.

Bu barədə BAKU.WS-in "Qaynar xətti"nə görüntülər və məlumat daxil olub.

Qeyd edilib ki, Xocəsən metrostansiyası qarşısında yerləşən piyada keçidi uzun müddətdir baxımsız vəziyyətdədir.

Keçiddə divar boyu II Qarabağ müharibəsi şəhidlərinin fotoları həkk olunub. Şəkilləri toz basıb.

Gündəlik bu keçiddən istifadə edənlər vətəndaşlar, baxımsızlığın qısa müddətdə aradan qaldırılmasını tələb edirlər.

BAKU.WS həmin piyada keçidinin görüntülərini təqdim edir:

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər