Paşinyanın “Qarabağ Azərbaycanın ərazisidir” deməsi Türkiyə mətbuatında - VİDEO

Fevralın 15-də Münhen Təhlükəsizlik Konfransı çərçivəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyanın iştirakı ilə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı keçirilən panel müzakirələr dünya mətbuatının da diqqət mərkəzindədir.
Türkiyənin məşhur “HaberGlobal” televiziyası sözügedən debatda Nikol Paşinyanın çaşaraq doğru fikir səsləndirməsi haqqında kiçik süjet hazırlayıb.
Qeyd edək ki, Paşinyan çıxışında “Qafqaz Bürosu qərar çıxarmışdı ki, Qarabağ Azərbaycanın ərazisidir” deyib. Dərhal isə “Armenia, sorry” deyərək vəziyyətdən çıxmağa çalışıb.
Həmin süjeti təqdim edirik:
Oxşar xəbərlər
Prezident yerli jurnalistlərə ilin yekunları ilə əlaqədar müsahibə verib - VİDEO (YENİLƏNİB)
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 23-də yerli jurnalistlərə ilin yekunları ilə bağlı geniş müsahibə verib. BAKU.WS müsahibəni təqdim e...
