Özəl sektorda çalışanlara VACİB XƏBƏR - Yeni ildən maaşlar...

Özəl sektorda çalışanlara VACİB XƏBƏR - Yeni ildən maaşlar...
Video
Video 242

Ölkədə minimum əməkhaqqının artırılması məsələsi yenidən gündəmdədir.

Hər il bu göstəricinin artırılmasında məqsəd sosial rifahın yaxşılaşdırılmasıdır. Dövlət sektorunda çalışan şəxslər üçün bu, birbaşa maaşların artması deməkdir.

Bəs özəl müəssisələrdə necə? Minimum əməkhaqqının artırılması özəl sektorda çalışanların maaşlarına təsir edirmi ?

Xezerxeber.az xəbər verir ki, iqtisadçı Rəşad Həsənovun sözlərinə görə, artım dövlətlə yanaşı özəl sektoru da əhatə edir.

Rəşad Həsənov deyir ki, dövlət sektorunda əməkhaqqının qalxması orta və uzunmüddətli dövrdə özəl sektorda da maaşların artmasına gətirib çıxaracaq. Onun sözlərinə görə, əməkhaqqı ilə bağlı qəbul edilmiş qərarlar, qiymətlərə də təsir göstərəcək. Buna görə də, məhsuldarlığa əsaslanan siyasət həyata keçirməyə çalışan işəgötürən məntiqlə əməkhaqqlarını artırmalıdır.

Millət Vəkili Tahir Mirkişli isə bildirir ki, növbəti ildən etibarən minimum əməkhaqqının artırılması ölkədəki bütün əməkhaqqı sisteminə birbaşa və dolayı yolla təsir edəcək. Deyir ki, özəl sektorda çalışanların minimum əməkhaqqı əsasən 2 istiqamətdə müəyyən olunur.

Millət vəkili qeyd edir ki, qanunvericiliyə görə, minimum əməkhaqqından aşağı məvaciblərin verilməsi qadağandır və bu qaydanı pozan işəgötürənlər qanunla məsuliyyət daşıyırlar.

Son xəbərlər