Ötən gün baş verən yanğınlarda biri azyaşlı olmaqla 3 nəfər xilas edilib - VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında Nazirliyin aidiyyəti qurumları tərəfindən ötən sutka ərzində 17 yanğına çıxış və 3 halda köməksiz vəziyyətdə qalma faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib.
FHN-dən BAKU.WS-ə verilən məlumata görə, görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.
Ümumilikdə FHN-in qüvvələri tərəfindən ötən sutka ərzində birii azyaşlı olmaqla üç nəfər xilas edilib, yanğın zamanı bir nəfər tüstüdən yüngül zəhərlənib.
Oxşar xəbərlər
FHN-nin yaradılmasının 17-ci ildönümü münasibətilə təntənəli iclas keçirilib - FOTO
16 dekabr 2022-ci il tarixində Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin yaradılmasının 17-ci ildönümü və işçilərinin peşə bayramı münasibətilə Nazi...