Ordumuz həyəcan siqnalı ilə ayağa qaldırıldı - genişmiqyaslı təlimdən görüntülər (VİDEO)

Ordumuz həyəcan siqnalı ilə ayağa qaldırıldı - genişmiqyaslı təlimdən görüntülər (VİDEO)
Video
Video 1848

 

Genişmiqyaslı təlimlərin keçirilməsi planına uyğun həyəcan siqnalı ilə qaldırılan qoşunlar və komanda idarəetmə məntəqələri əməliyyat təyinatı rayonları istiqamətində hərəkət edirlər.

BAKU.WS-in məlumatına görə, qoşunların idarə edilməsi, onların təşkili üzrə yüksək tələblərə uyğun olaraq, gizli və operativ şəkildə həyata keçirilir.

Şəxsi heyətin və hərbi texnikanın bütün hərəkəti komendant xidməti tərəfindən tənzimlənir.

Təlimin hazırkı mərhələsinin şərtlərinə uyğun olaraq qoşunlar planlı tədbirlər yerinə yetirir.

BAKU.WS

Son xəbərlər