İnzibati xətalar haqqında işlər üzrə icraat zamanı prokurora şikayət verilə bilərmi? - VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
Xəbər verildiyi kimi, prokurorluq orqanları tərəfindən modern dövrün tələblərinə uyğun olaraq müasir, vətəndaşa yönümlü, onu məmnun edən tədbirlər daim diqqət mərkəzində saxlanılır.
Vətəndaş məmnunluğu və aşkarlığın təmin olunması məqsədilə prokurorluğun fəaliyyət sferaları ilə bağlı vətəndaşları maraqlandıran məsələlərin prokurorluq əməkdaşları tərəfindən videoçarxlar vasitəsilə #prokurorluqdanizah həştəqi altında cavablandırılması həyata keçirilir.
BAKU.WS xəbər verir ki, Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Günay Səlimzadə prokurorluq orqanlarında müraciətlərin qəbulu üzrə fəaliyyətlə bağlı “İnzibati xətalar haqqında işlər üzrə icraat zamanı prokuror təsir tədbirləri nədən ibarətdir?”, “İnzibati xətalar haqqında işlər üzrə icraat zamanı prokurorun protest vermək hüququ varmı?”, “İnzibati xətalar haqqında işlər üzrə icraat zamanı prokurora şikayət verilə bilərmi?” suallarını cavablandırmışdır.
Təqdim olunmuş videonu Baş Prokurorluğun sosial şəbəkələrdə olan səhifələrindən, həmçinin veb-saytından izləyə bilərsiniz.
Oxşar xəbərlər
Baş Prokurorluğun əməkdaşı vətəndaşların suallarını cavablandırdı - VİDEO
Xəbər verildiyi kimi, prokurorluq orqanları tərəfindən modern dövrün tələblərinə uyğun olaraq müasir, vətəndaşa yönümlü, onu məmnun edən tədbirlər daim diqqət m...