Növbəti komando kursunu bitirən hərbi qulluqçularımız vətənə qayıdıblar - VİDEO

Növbəti komando kursunu bitirən hərbi qulluqçularımız vətənə qayıdıblar - VİDEO
Foto Video
Video 96

Azərbaycan ilə Türkiyə arasında imzalanmış “Hərbi təhsil sahəsində əməkdaşlıq haqqında” müqavilə çərçivəsində qardaş ölkənin İsparta şəhərində keçirilən növbəti “Komando hazırlığı" kursunu müvəffəqiyyətlə bitirən hərbçilərimiz Vətənə qayıdıblar.

BAKU.WS xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

Qeyd edək ki, iki qardaş ölkə arasında mövcud hərbi əməkdaşlıq çərçivəsində hərbi qulluqçularımızın müvafiq kurslarda iştirak etməsində əsas məqsəd Əməliyyat (Komando) bölmələrinin döyüş qabiliyyətinin və şəxsi heyətin peşəkarlıq səviyyəsinin daha da yüksəldilməsidir.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər