Nadir Qafarzadənin çörəkçi bacısı haqqında bilinməyənlər açıqlandı (VİDEO)
06
fev
2018
11:07
Space TV-də yayımlanan "Zəhmətkeş ulduzlar" verilişində heç kəsin bilmədiyi sirrin üstü açılıb!
Hər buraxlışında müxtəlif regiona səfər edən aparıcı Ülviyyə Əliyeva və onun məşhur qonaqlı bu dəfə Xızıya yola düşüblər. Verilişin ilk dəqiqələrindən rayonun girişində yol kənarında maşını saxlayan çəkiliş heyəti təndir çörəyi bişirib satan qadını görüncə ora yaxınlaşıblar. Verilişin aparıcısı təndir çörəyini bişirən qadına "Xala, üzün mənə elə tanış gəlir" deyə müraciət edib. Qadın müğənni Nadir Qafarzadənin böyük bacısı (Afət) olduğunu söyləyib. Bu məsələnin nə qədər həqiqətə uyğun olduğunu bilmək üçün BAKU.WS verlişin aparıcısı Ülviyyə ilə əlaqə saxlayıb. Aktrisa bildirdi ki, hər kəsin düşündüyü kimi bu bir şou deyildi: "Həqiqətən də Afət xanım müğənni Nadir Qafarzadənin bacısıdır. Yorulduğumuzu görən Afət xanım bizi evinə qonaq çağırdı. Onun 4 otağlı, gözəl, işıqlı və şəraiti olan evi var. Sosial şəbəkələrdə yazıllar ki, yəqin Nadirin bacısı yoxsul yaşayır. Bu əsla belə deyil. Bizim komandamıza gözəl süfrə də açdı. Afət həm də etiraf etdi ki, qardaşı Nadir qayğısını və yardımını onlardan əsirgəmir". Verilişdən sözügedən kadrları sizə təqdim edirik. Rəşad Əliyev BAKU.WSOxşar xəbərlər
Nadir Qafarzadənin bacısı yol kənarında çörək satır - VIDEO/FOTO
"Zəhmətkeş ulduzlar" verilişinində əməkdar artist Rəhilə Bəndəliyeva və xanəndə Abgül Mirzəliyevin qonağı olduğu buraxlış maraqlı məqamı ilə yadda qalıb. BAKU.W...