“Müzəffər Sərkərdə” - VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycan Ordusunun şəxsi heyətinin döyüş ruhunun, mənəvi-psixoloji hazırlığının yüksəldilməsində digər amillərlə yanaşı, hərbi marş və vətənpərvərlik mahnılarının da mühüm əhəmiyyəti vardır.
Müdafiə Nazirliyindən BAKU.WS-ə verilən məlumata görə, Vətən müharibəsindən öncə və müharibənin gedişində Əməkdar incəsənət xadimi, Prezidentin fərdi təqaüdçüsü polkovnik Abdulla Qurbaninin sözlərinə görkəmli bəstəkarlarımız Xalq artistləri Faiq Sucəddinov, Eldar Mansurov, Əməkdar artist Gövhər Həsənzadə və Azad Zahidin yazdıqları hərbi marş və mahnılar şəxsi heyət tərəfindən həmişə böyük maraqla, ruh yüksəkliyi ilə qarşılanıb.Vətənpərvərlik mahnılarının mahir ifaçısı, Xalq artisti Mübariz Tağiyevin ifa etdiyi “Müzəffər Sərkərdə” mahnısı əsasında (Musiqi Eldar Mansurov, sözləri Abdulla Qurbani) Azərbaycan Ordusunun Sənədli və Tədris Filmləri Mərkəzinin hazırladığı növbəti klipi təqdim edirik.
Oxşar xəbərlər
Hərbi qulluqçular “Cəsur döyüşçü” medalı ilə təltif olundu - SİYAHI
Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Silahlı Qüvvələrin hərbi qulluqçularının “Cəsur döyüşçü” medalı ilə təltif edilməsi haqqında Sərəncam imzalayıb....