MSK sədrinin müavinindən Baku TV-yə xüsusi açıqlama - VİDEO

MSK sədrinin müavinindən Baku TV-yə xüsusi açıqlama - VİDEO
Video
Video 1

"Özündə narazılıq əks etdirən heç bir məlumat MSK-ya daxil olmayıb".

BAKU.WS xəbər verir ki, bu sözləri Baku TV-yə açıqlamasında Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının sədri Rövzət Qasımov deyib.

O, bildirib ki, bu dəqiqəyə qədər Mərkəzi Seçki Komissiyasına ancaq sorğu xarakterli zənglər daxil olub. Həmin zənglər zamanı da şəxslər məntəqələrin ünvanını soruşurlar. Onların da əksəriyyəti yaşlı nəslin nümayəndələridir. Özündə narazılıq əks etdirən heç bir məlumat MSK-ya daxil olmayıb. Biz əgər buna baxsaq çox pozitiv fikirlərin şahidi oluruq. Ümid edirik ki günün sonuna kimi də belə davam edəcək:

"Müstəqilliyimizdən bəri sənəd üzərində beynəlxalq sənədlər üzərində Azərbaycanın olan bir ərazi var idi. Biz 30 il ərzində həmin ərazinin xiffətini çəkirdik. Həmin ərazilər bizim üçün işğal altında olan ərazilər kimi xarakterizə olunurdu. Çox xoşbəxt haldır ki, biz bu gün həmin bölgələrdə səsverməni müzakirə edirik. Biz də Mərkəzi Seçki Kommisiyası olaraq böyük qürur hissi ilə hər bir azərbaycanlının düşüncəsini əks etdirərək həmin ərazilərdə seçkilərin təşkilini həyata keçirmişik. İşğaldan azad edilmiş ərazilərdə 47 seçki məntəqəsində təxminən 50 minə yaxın seçicinin səsvermə hüququnun reallaşdırılması imkanı yaranıb.

Azərbaycanın bütün ərazilərində suverenlik bərpa olunduqdan sonra keçirilən ilk seçkidir. Məhz buna görə də hər bir Azərbaycan vətəndaşı bu seçkilərin verdiyi coşqu ilə seçki məntəqələrinə axışır".

Daha ətraflı sujetdə:

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər