Moskvanın Qarabağdakı separatçı layihədən əl çəkməsinin vaxtı çatıb - VİDEO

Məlum olduğu kimi, ötən həftə Rusiya, Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin (XİN) Moskvada növbəti görüşü baş tutub.
Məhz bu görüş zamanı Rusiya XİN başçısı Sergey Lavrovun ikimənalı bəyanatları İrəvanı növbəti təxribatçı addıma həvəsləndirib.
Bu barədə “Caliber” layihəsinin “YouTube” kanalında yayımlanan yeni süjetdə bildirilir.
Ermənistanın bugünlərdə həyata keçirdiyi “humanitar yük” şousunun şərh edildiyi videomaterialda vurğulanır ki, Rusiya təkcə Ermənistanla Azərbaycan arasında normallaşma və sülh müqaviləsinin imzalanması məsələsində Qərblə rəqabət aparmır. Moskva, həm də ziddiyyətli Qarabağ kartından istifadə etməyə çalışır. Halbuki, artıq bu separatçı layihədən əl çəkmək vaxtı gəlib çatıb.
Daha ətraflı “Caliber”in yeni süjetində:
Oxşar xəbərlər
İlham Əliyev Şuşa Qlobal Media Forumunda çıxış edib - YENİLƏNİB + FOTO/VİDEO
İyulun 21-də “4-cü Sənaye İnqilabı dövründə Yeni Media” mövzusunda Şuşa Qlobal Media Forumunun açılış mərasimi keçirilib. AZƏRTAC xəbər verir ki, Azərbaycan Res...
