MN: "Bu ay Kəlbəcər, Laçın və Daşkəsəndə 2250 km-dək yol qar örtüyündən təmizlənib" - FOTO/VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
"Bu ay Kəlbəcər, Laçın və Daşkəsəndə 2250 km-dək yol qar örtüyündən təmizlənib".
Bu barədə BAKU.WS-ə Müdafiə Nazirliyindən məlumat verilib.
Bildirilib ki, çətin relyefli və dağlıq ərazilərdə dislokasiya olunan Azərbaycan Ordusunun bölmələrində istənilən hava şəraitində xidməti-döyüş fəaliyyətinin təşkili məqsədilə həyata keçirilən tədbirlər davam etdirilir.
Azərbaycan Ordusunun mühəndis bölmələrinin digər dövlət qurumları ilə qarşılıqlı fəaliyyəti nəticəsində təxliyə yollarının daim işlək vəziyyətdə saxlanılması, avtomobil və döyüş texnikası kolonlarının təhlükəsiz və fasiləsiz hərəkətinin təmin edilməsi məqsədilə 2023-cü ilin mart ayının 1-dən 15-dək Kəlbəcər, Laçın və Daşkəsən rayonları istiqamətlərində ümumilikdə 2250 km-dək yol qar örtüyündən təmizlənib.
Azad olunmuş ərazilərimizdə mühəndis təminatı üzrə zəruri tədbirlər plana uyğun davam etdirilir.
Qalereya
Oxşar xəbərlər
İlham Əliyevin sədrliyi ilə keçirilən müşavirənin TAM MƏTNİ
Aprelin 12-də Azərbaycan prezidenti İlham Əliyevin sədrliyi ilə bu ilin birinci rübünün yekunlarına həsr olunan müşavirə keçirilib. BAKU.WS xəbər verir ki, dövl...