Məmmədbağır Bağırzadənin oğlu: "Anam öldükdən sonra atam ağac kimi qurudu" - VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
"O üz" layihəsinn növbəti buraxılışı mərhum Xalq artisti Məmmədbağır Bağırzadəyə həsr edilib.
BAKU.WS xəbər verir ki, sənətçinin oğlu Rahim Bağırzadə anasının və atasının vəfatından sonra ailə üzvlərinin dərin kədər və sarsıntı keçirdiyini deyib.
O anasının vəfatından sonra atası Məmmədbağırın ağac kimi günbəgün quruduğunu bildirib:
"Mən anamı atama ömür gün yoldaşı yox, dost hesab edirdim. Anam atamı öz övladı kimi görərdi. İnanmazdım ki, anam öləndən sonra atam bu günə düşər. Hər zaman deyib-gülən insan ağac kimi qurudu. Yaddaşı itdi. Seygah oxuya bilmirdi, ağlayırdı. Atam üçün böyük zərbə oldu. Bütün planları məhv oldu".
Xatırladaq ki, Məmmədbağır Bağırzadə 2005-ci ildə 55 yaşında vəfat edib. O Nardaran qəbristanlığında dəfn edilib.
Oxşar xəbərlər
İlham Əliyev Şuşada Heydər Əliyevin 100 illiyinə həsr olunmuş beynəlxalq konfransda - YENİLƏNİB + FOTO/VİDEO
Mayın 3-də ADA Universitetinin təşkilatçılığı ilə Şuşada Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Böyük Avrasiya geosiyasətinin formal...