DİN Masazırın bu küçəsində neqativ halın aradan qaldırılması üçün hərəkətə keçdi - YENİLƏNİB/ VİDEO

DİN Masazırın bu küçəsində neqativ halın aradan qaldırılması üçün hərəkətə keçdi - YENİLƏNİB/ VİDEO
Video
Video 182

Masazırın Əliağa Vahid küçəsində zibil konteynerləri tullantılarla dolub-daşması məsələsinə DİN-dən münasibət bildirilib.

DİN-in Mətbuat Xidmətinin əməkdaşı, polis leytenantı Elbrus İbrahimovun BAKU.WS-ə verdiyi məlumata görə, həmin ərazidə neqativ halın aradan qaldırılması istiqamətində tədbirlər görülür.

***09.47

Abşeron rayonu Masazır qəsəbəsində zibillik hökm sürür.

BAKU.WS xəbər verir ki, Əliağa Vahid küçəsində zibil konteynerləri tullantılarla dolub-daşıb.

Bu barədə BAKU.WS-in "Qaynar xətti"nə görüntülər və məlumat daxil olub.

Ərazidə yaşayan sakinlər bildirir ki, yaxınlıqdakı bina sakinləri zibil pulunu ödəmir və bu səbəbdən ərazidən zibil təmizlənmir.

Şikayətçilər qeyd ediblər ki, qapı və pəncərini açıb təmiz hava qəbul edə bilmirlər.

Son xəbərlər