Masallı Rayon Mərkəzi Xəstəxanasında İZDİHAM - Xəstələr saatlarla gözləməli oldular - VİDEO
11
avq
2024
18:20
Bu gün günorta saatlarından etibarən Masallı Rayon Mərkəzi Xəstəxanasında izdiham yaranıb.
Bu barədə BAKU.WS-in "Qaynar xətti"nə şikayət daxil olub.
Qeyd edilib ki, xəstəxanada internet işləməyib və aparatlar dayanıb.
Nəticədə xəstəxanaya gələn pasiyentlər izdiham yaradıb. Onlara xidmət edən isə sadəcə iki işçi olub.
Şikayətdə o da bildirilir ki, xəstələr həkim olmadığından dəhlizdə qalıblar.
Lentə alınan videoda bunu əks etdirən kadrlar da yer alıb.
BAKU.WS sözügedən görüntüləri təqdim edir:
Oxşar xəbərlər
Bakıda beynəlxalq forum keçirilib: Prezident tədbirdə iştirak edib - YENİLƏNİB - FOTO
Aprelin 23-də ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum keçirilib. BAKU.WS xəbər verir ki, Azərbaycan Respublikasın...