Laçın Beynəlxalq Hava Limanının tikintisi üçün dağlar belə partladılır - VİDEO

Laçın Beynəlxalq Hava Limanının tikintisi üçün dağlar belə partladılır - VİDEO
Video
Video 166

Laçın Beynəlxalq Hava Limanının tikintisi prosesində dağlıq ərazilərin partlayışlar vasitəsi ilə hamarlaşdırılmasının görüntüləri yayılıb.

BAKU.WS report-a istinadən xəbər verir ki, kadrları aeroportun uçuş-enmə zolağının inşasını həyata keçirən "AzVirt" MMC yayıb.

Xatırladaq ki, təməli 2021-ci ildə qoyulmuş Laçın aeroportunun uçuş-enmə zolağının uzunluğu 3 000, eni isə 60 metr olacaq.

Aeroportun beynəlxalq standartlara uyğun olaraq layihələndirilən terminal binasının sahəsi 5 000 kvadratmet nəzərdə tutulur və saatda 200 sərnişinə xidmət edə biləcək. Bu məqsədlə 6 təyyarə dayanacağı inşa ediləcək.

Hava limanı Laçın şəhərinə 30, Şuşaya 70, Kəlbəcərə 60 kilometrlik məsafədə yerləşir. Onun 2024-cü ildə istifadəyə verilməsi gözlənilir.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər