Küçədə qadını təhqir edən şəxs Zakir Fərəcovun əmisi oğlu çıxdı - VİDEO

19
apr
2019
17:55
Xəbər verdiyimiz kimi, sosial şəbəkələrdə kişinin qadını təhqir etməsi ilə bağlı video yayılıb.Belə ki, xanım sürücü ilə digər bir şəxsin avtomobili toqquşub. Nəticədə avtomobili əzilən şəxs xanımı çox ağır şəkildə təhqir edib. Bundan başqa həmin şəxs qadını vurmaqla hədələyib.BAKU.WS yenicag.az-a istinadən xəbər verir ki, videodakı həmin şəxs Sumqayıtın icra başçısı Zakir Fərəcovun əmisi oğlu Novruz Fərəcovdur. O, eyni zamanda dövlət məmurunun qaynıdır.Bundan başqa hadisə Bakıda deyil, Sumqayıtda, dənizkənarı parkın yaxınlığında baş verib.
Oxşar xəbərlər
Bakıda küçənin ortasında kişi qadına hücum edib söydü - VİDEO
Sosial şəbəkələrdə yayılan video izləyənlərin qəzəbinə səbəb olub. BAKU.WS xəbər verir ki, xanım sürücü ilə digər bir şəxsin avtomobili toqquşub. Görüntülərdən...
