Koronavirusa görə pul qazana bilməyənlərə veriləcək maliyyə yardımı açıqlandı - VİDEO

Koronavirusa görə pul qazana bilməyənlərə veriləcək maliyyə yardımı açıqlandı - VİDEO
Video
Video 11832

İqtisadiyyat naziri Mikayıl Cabbarov koronavirus infeksiyası ilə əlaqədar yaranmış vəziyyətə görə maliyyə yardımı ayrılacaq sahələrdən danışıb.

BAKU.WS xəbər verir ki, Azərbaycan Televiziyasında (AzTV) “Hədəf” verilişinin qonağı olan M.Cabbarov 9 proqramın hazırlandığını bildirib:

“Təbii olaraq, ilk növbədə, zərərçəkmiş sahələrin müəyyənləşdirilməsi işini ön plana çəkmişik. Bu, 4 böyük sektoru və 20 fəaliyyət sahəsini əhatə edir. Ən çox zərərçəkmiş, əhəmiyyətli dərəcədə zərər çəkmiş, minimal və heç zərər çəkməmiş iqtisadiyyatın sahələri müəyyənləşdirilib”.

Nazir əlavə edib ki, birinci və əhatəli olan proqram 304 min muzdlu işçini və 44 min sahibkarlıq subyektini əhatə edən proqramdır:

“Proqramın əsas məntiqi fəlsəfəsi həmin subyektlərin işçilərinin əməkhaqlarının əhəmiyyətli hissəsinin verilməsi üçün dövlət tərəfindən maddi yardımın göstərilməsidir. Burada işçinin real maaşını və ya respublika üzrə orta aylıq əməkhaqqını götürürük.

Yanvar ayının nəticələrinə görə, orta aylıq əməkhaqqı 700 manatdan yuxarı olub. Bu proqramın fəlsəfəsinə görə, aylıq əməkhaqqı fondunun 50%-nə bərabər olan hissəsi birbaşa maliyyə ayrılması şəklində sahibkarlara, həmin müəssisələrə təklif edilir”.

Son xəbərlər