Kollec direktoru tələbələrdən üzr istəyib və cəzalandırılıb - YENİLƏNİB - VİDEO

Kollec direktoru tələbələrdən üzr istəyib və cəzalandırılıb - YENİLƏNİB - VİDEO
Video
Video 2309

Sosial mediada Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) tabeliyində fəaliyyət göstərən Bakı Humanitar Kollecinin direktoru Nərmin Qaralovaya aid olunan səs yazısı yayılıb.

ADMİU-dan "Report"un sorğusuna cavab olaraq bildirilib ki, bununla bağlı məsələ universitet rəhbərliyi tərəfindən araşdırılıb və kollec direktorundan izahat alınıb:

"Müəyyən olunub ki, qeyd olunan səs yazısı kollecin məsafədən təşkil olunan imtahanlarından biri zamanı yazılıb və burada kontekstdən çıxarılıb. Bununla belə, kollec direktoru onlayn imtahan zamanı işlətdiyi ifadəyə görə tələbələrdən üzr istəyib. Kollec direktoru ilə bağlı inzibati tənbeh tədbiri görülüb".

***11:59

Bakı Humanitar Kollecinin direktoru Nərmin Qaralova onlayn imtahan zamanı qrupun sinif nümayəndəsini nalayiq sözlərlə təhqir edib.

BAKU.WS Qaynarinfo-ya istinadən xəbər verir ki, sosial şəbəkədə yayılan videoda imtahan zamanı müəllimlərlə bərabər imtahana daxil olan sinif nümayəndəsinə kollecin direktoru "mənə sinif nümayəndəsi tərəfindən nəzarətçi lazım deyil, ağzımda deyirəm, tələbələr çıxsın, bu, nə özbaşınalıqdır siz edirsiniz? Bizə burada sinif nümayəndəsi, "şamtutan” lazım deyil”, - deyə təhqir edib.

Direktor hətta uşaqları imtahanı ləğv edəcəyi ilə hədələyib.

Məsələyə münasibət almaq üçün Təhsil Nazirliyi ilə əlaqə saxlanılıb.

Təhsil Nazirliyinin mətbuat xidmətinin rəhbəri Cəsarət Valehov videodan xəbərdar olduqlarını, bununla bağlı kollecin açıqlama verəcəyini bildirib.

Videonu təqdim edirik:

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər