Kirayə mənzillər BELƏ SATILACAQ - VİDEO

Kirayə mənzillər BELƏ SATILACAQ - VİDEO
Video
Video 2541

İpoteka və Kredit Zəmanət Fondu kirayə evlərlə bağlı vətəndaşların hara və necə müraciət etməli olduğunu açıqlayıb.

Vətəndaşların müraciətlərinə isə Bakı 2 saylı kommunal və Sumqayıt Asan Xidmət mərkəzlərində baxılacaq. İlkin olaraq elektron olacaq müraciətin ilk mərhələsini keçən vətəndaşlar elektron növbə ilə görüşə dəvət olunacaqlar.

İpoteka və Kredit zəmanət Fondu kirayə evlərlə bağlı müraciətlərin sabahdan etibarən başlanmasını rəsmən elan etdi. Bu barədə jurnalistlərə açıqlama verən qurumun mətbuat katibi Yeganə Ramazanova kirayə ev almaq istəyən vətəndaşların əlavə məlumat almaq üçün Bakı 2 saylı Asan Kommunal Mərkəzi və Sumqayıt Asan Xidmət mərkəzinə müraciət edə biləcəyini bildirib.

Müraciətlər vətəndaş-məmur ünsiyyətini minimuma endirmək üçün elektron olaraq qəbul ediləcək.

Bundan sonrakı mərhələdə isə vətəndaşların müxtəlif parametrlərə uyğunluğu yoxlanacaq. Bu zaman namizəd olacaq vətəndaşların növbəti mərhələrə keçməsi üçün tələblərə cavab verməsi mütləqdir.

Yeganə Ramazanova onu da bildirir ki, prosesdən Fondun heç bir gəliri olmayacaq və bu tamamilə sosial bir layihədir. Bundan başqa il ərzində satışa çıxarılacaq kirayə evlərin sayı ilk olaraq müəyyən edilən saydan dəfələrlə çox olacaq.

Onu da qeyd edək ki, ilkin olaraq satışa çıxarılan mənzillərin qiyməti hələ bəlli deyil və növbəti mərhələdə açıqlanacaq. İlk olaraq satışa 331 mənzil çıxarılır. Mənzillərin 208-i Bakının Nizami rayonu Mehdi Abbasov küçəsində, 40-ı Xətai rayonu Gəncə prospektində, 58-i Abşeron rayonu Xırdalan şəhəri 2-ci məhəllədə, 25-i isə Sumqayıt şəhəri Sülh küçəsində yerləşir.

Son xəbərlər