Kanalizasiya çirkabında yaşayan Masazır sakinləri - VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
Masazır qəsəbəsi Hakim Abbasov küçəsinin sakinləri uzun zamandır davam edən kanalizasiya problemindən şikayətçidir.
Sakinlər evlərinin pis vəziyyətə düşməsində və dolub-daşan kanalizasiyanın yaratdığı natəmizliyin, üfunətin günahkarı kimi qonşuları Elməddin Hadıyevi göstərir. O isə səslənən iddialarla razılaşmır. Şikayətçilər bildirir ki, mövcud vəziyyətlə bağlı aidiyyəti qurumlara dəfələrlə müraciət etsələr də, onların şikayətinə məhəl qoyan yoxdur.
Masazır qəsəbəsindəki Hakim Abbasov küçəsininin sakinlərinin dərdi bununla bitmir. Küçədən keçən kustar üsulla hazırlanan kanalizasiya xəttinin açıq formada olması, yaşayış evlərinin yaxınlığında yerləşməsi, üstəlik, məişət tullantılarının da “zibil qabları yoxdur” deyərək ətrafa atılması bu acınacaqlı mənzərənin yaranmasına səbəb olur.
Ətraflı BAKU.TV-nin süjetini təqdim edirik:
Oxşar xəbərlər
İlham Əliyev Rusiyanın aparıcı KİV rəhbərləri ilə görüşüb - YENİLƏNİB - VİDEO
Xəbər verildiyi kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiya Federasiyasına rəsmi səfəri çərçivəsində fevralın 23-də TASS agentliyində bu ölk...