Jalə Əhmədova: "Dinə gəlməyimdə Hacı Şahinin çox böyük rolu olub" - VİDEO

"Hacı Şahin çox gözəl, Allah nuru olan insan idi".
Bu sözləri BAKU.WS-ə açıqlamasında Milli Məclisin deputatı Jalə Əhmədova Hacı Şahinlə keçirilən vida mərasimində deyib.
"Bir gün gələn bir gün getməlidir. Amma Hacı Şahinə olan hörmətimizdən, istəyimizdən acımızı büruzə veririk. Bu gün bura toplaşan hər kəs onu istəyir. Bu qədər insanın sevgisini qazanmaq asan məsələ deyil. Mənim şəxsən dinə gəlməyimdə çox böyük rolu olub. Onun xütbələrini dinləyib dini dərk etmişəm. Çox sevinirdim ki, Hacı bizim dinimizi həqiqətən çox düzgün təbliğ edirdi".
Xatırladaq ki, din xadimi səhər saatlarında 48 yaşında ürəktutmasından vəfat edib. O, saat 16:00-da “Qurd qapısı” qəbiristanlığında torpağa tapşırılacaq.
Oxşar xəbərlər
Ramiz Novruz dəfn olundu - YENİLƏNİB - FOTO/VİDEO
Xalq artisti Ramiz Novruz dəfn edilib. BAKU.WS xəbər verir ki, aktyorun nəşi Yeni Yasamaldakı evində cənazə namazı qılınaraq məzarlığa gətirilib. Xalq artisti Q...
