Şimal-Qərb bölgəsinə qar yağıb - VİDEO
26
mar
2019
21:24
Yazın gəlməsinə baxmayaraq Şimal-Qərb bölgəsinə qar yağıb.BAKU.WS Xəzər TV-yə istinadən xəbər verir ki, Oğuzda gecə saatlarından başlayan yağış səhər saatlarında qara çevrilib. Yağıntı ilə əlaqədar dağ kəndlərinə gedən avtomobil yollarında nəqliyyatın hərəkətində problem yaranmayıb.Qarın yağmasına ən çox sevinən uşaqlar olub. Fermerlər isə bu yağıntının meyvəçiliyə ciddi ziyan vuracağını bildirirlər.Qaxa da qar yağıb. Dünən səhər saatlarından başlayan yağış sulu qara, daha sonra isə qara çevrilib. Rayonun ucqar dağ kəndləri olan İlisu, Ağçay və Sarıbaş qarın ən çox yağdığı yaşayış məntəqələridir. İlisu və Ağçayda qarın qalınlığı 3-5 santimetr, Sarıbaşda isə 10 santimetr olub.BAKU.WS
Oxşar xəbərlər
Azərbaycana 19 sm. qar yağıb
Fevralın 18-i axşamdan ölkə ərazisində hava şəraiti dəyişib.Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən BAKU.W...