“Əhmədli” metrosunun qarşısında acınacaqlı vəziyyət – VİDEO

28
noy
2017
21:51
Paytaxtın “Əhmədli” metrosunun qarşısında acınacaqlı vəziyyət yaşanır. BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, Məhəmməd Hadi küçəsində, Ukrayna dairəsindən “Xalqlar Dostluğu” metrostasiyasına tərəf yolda taksi sürücüləri avtomobillərini düzgün saxlamamaqla digər sürücülər üçün çətinliklər yaradıblar. Sosial şəbəkələrdə yayılan videoda görünür ki, taksi sürücüləri nəqliyyat vasitələrini xüsusi ayrılmış yerlərdə deyil, düz yolda saxlayaraq həm avtobus, həm də digər avtomobillərin hərəkatına mane olurlar. Taksi sürücülərinin avtomobillərini düzgün park etməməsi səbəbindən axşam saatlarında yolda tıxac yaranır, bu isə digər sürücülərin, həmçinin sərnişinlərin narazılığına səbəb olur. BAKU.WS
Oxşar xəbərlər
Bakıda taksi sürücüləri turistləri belə aldadır (VİDEO)
Taksi sürücüləri hava limanında turistlərin “Bakubus” avtobuslarına minməsinə mane olur. BAKU.WS-in qafqazinfo-ya istinadən verdiyi məlumata görə, bu barədə qur...
