Himnlə bağlı sözləri qalmaqala səbəb olan deputat: "İbrahim peyğəmbər deyiləm ki..." (VİDEO)

Himnlə bağlı sözləri qalmaqala səbəb olan deputat: İbrahim peyğəmbər deyiləm ki... (VİDEO)
Video
Video 1105
"Azərbaycan Respublikasının Dövlət Himni haqqında Konsitusiya qanunu qəbul edilib. Bu müzakirə mövzusu deyil. Himnin dəyişdirilməsi heç vaxt gündəlikdə olmayıb. Təəssüf edirəm ki, bəzi hallarda himnin dəyişdirilməsi haqqında mənim adımdan təkliflər verilir". BAKU.WS xəbər verir ki, bu barədə millət vəkili Tahir Kərimli söyləyib. Onun sözlərinə görə, ötən il himnin dəyişdirilməyəcəyi ilə bağlı açıqlama verib: "Eyni zamanda, bu yaxınlarda himn müzakirə olunan zaman Milli Məclisdə təklif etmişəm ki, himnə hörmətsizliyə görə müvafiq cinayət məcəlləsinin və inzibati xətalar məcəlləsinin bölmələrinə maddələr əlavə olunsun. Himnin dəyişdirilməsi heç zaman gündəlikdə olmayıb. Hətta mən bu hörmətsizliyə görə, məsuliyyət tələb etmişəm. Çox təəssüf ki, bunu dəyişmək kimi təqdim edirlər. Mənim təklifim ondan ibarət idi ki, himnin mətninə uyğun olaraq əlavə edilmiş təkrarlar çıxarılaraq qısaldılsın. Himn necə vasra elə olsun. Biz himinimizi sevirik. Ana laylasını da sevirik. Həyatımıza daxil olub. Ancaq laylanı himn etmək mümkün deyil. Hətta mərsiyəni də sevirlər. Amma himn mərsiyyə deyil. Qarabağ azad etmək istəyən millətin himni möhtəşəm olmalıdır". Tahir Kərimli himn haqqında danışandan özünü odun içinə saldığını bildiyini söyləyib: "Lakin mən İbrahim peyğəmbər deyiləm ki, oddan salamat çıxam. Təbii ki, mən yanmalıydım burada. Düzgün başa düşməyənlər, məni istəməyənlər və tərbiyəsiz insanlar mətni dəyişdirilmiş məlumatlar verdilər. Himn bizim müqəddəs dəyərimizdir. Artıq qanun da qəbul etdik".AbbasBAKU.WS

Son xəbərlər