Hər gün üçün 11 manat pul - YENİ RÜSUMLAR TƏSDİQLƏNDİ - VİDEO
12 yaşa qədər pulsuz, bu yaşdan yuxarı olanlar isə ödəniş etməlidir.
BAKU.WS Xəzər TV-yə istinadən xəbər verir ki, söhbət xəstəxanada pasiyent yanında qalan şəxsin gündəlik ödənişindən gedir.
Qaydalara görə, xəstəxanalarda pasientin yanında qalan şəxs gündəlik olaraq 11 manat ödəniş edilməlidir.
TƏBİB-in şöbə müdiri Fatiq Həsənov “Xəzər Xəbər”ə müsahibəsi zamanı 12 yaşa qədər olan pasientlərin yanında yaxının qalmasının İcbari Tibbi Sığorta tərəfindən qarşılandığı halda, 12 yaşdan yuxarı şəxslərdə isə bu qaydanın fərqli olduğunu deyib.
Fatiq Həsənovun sözlərinə görə, sözügedən bu xidmət yalnız TƏBİB tabeliyində olan tibb müəssələrinə aiddir.
Qeyd edək ki, ödənilən məbləğə xəstə yanında qalan şəxsin qidalanması da daxildir.
Oxşar xəbərlər
Azərbaycanın sığorta sektoru: Ötən ilə baxış, cari ildən gözləntilər
2023-cü il Azərbaycanın sığorta sektoru üçün yaddaqalan il oldu. Başlayaq ondan ki, “Sığorta fəaliyyəti haqqında” qanun il ərzində bir neçə dəfə dəyişdi. Bununl...