Həkimlərimiz niyə xarici ölkələrdə ixtisasartırmaya üstünlük verirlər? - VİDEO
Tibb təhsili alan həkimlər xarici ölkələrdə ixtisasartırmaya üstünlük verirlər.
Xezerxeber.az-ın məlumatına görə, "Sağlamlığa xidmət" ictimai birliyinin sədri Pərvanə Vəliyeva deyir ki, həkimlər özlərini nə qədər inkişaf etdirsələr, təbii ki, bir o qədər faydalıdır.
Xaricdə müxtəlif kurslarda ixtisasartıma keçənlərin əksəriyyəti isə düşünür ki, pasiyentlər təcrübəsi olan, müxtəlif cür kurslardan keçmiş, uzmanlıq adını almış həkimlərə üz tuturlar.
Türkiyə İxtisasartıma ilə bağlı ən çox müraciət edilən ölkələrdən sayılır. Ekpsert bunu bir sıra səbəblərlə əlaqələndirir.Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) insan resursları departamentinin təlim və karyera planlaması şöbəsinin müdiri Mədinə Kərimli bildirib ki, bu kimi kurslara cəlb edilmiş həkim-mütəxəssislər göstərdikləri xidmətin keyfiyyətinin artırılması ilə daha çox pasiyentə xidmət edirlər. Bununla da əməkhaqqı qaydalarında nəzərdə tutulmuş əlavələrdən yararlana bilirlər.
Həmçinin qeyd olunub ki, ölkədə fəalliyyət göstərən tibb işçiləri beş ildən bir sertifikasiyaya cəlb olunurlar. Sertifikasiya şəhadətnaməsini almış əməkdaşların da tibbi-praktiki fəalliyyətlə məşğul olmasına icazə verilir.
Ətraflı süjetdə:
Oxşar xəbərlər
Prezident İlham Əliyev Bakıda keçirilən beynəlxalq forumda çıxış edib - YENİLƏNİB + FOTO/VİDEO
Dekabrın 6-da ADA Universitetində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirakı ilə ADA Universitetinin və Beynəlxalq Münasibətlərin Təhlili Mər...