"Haber Global" və İctimai Televiziya Azərbaycan-Türkiyə münasibətləri mövzusunda ortaq yayım təşkil edib
Yeniliklərdən dərhal xəbərdar olun
"Haber Global" və İctimai Televiziya Azərbaycan-Türkiyə münasibətləri mövzusunda ortaq yayım təşkil edib.
BAKU.WS "report"a istinadən xəbər verir ki, ortaq yayım Bakı vaxtı ilə 21:30-da başlayıb və eyni vaxtda canlı yayımlanıb.
Yayıma hər iki tərəfdən qatılan siyasi ekspertlər iki ölkə arasında mövcud olan münasibətlərin geniş spektri barədə söz açıblar.
Qeyd edilib ki, Heydər Əliyevin “bir millət, iki dövlət" kəlamı ilə sağlam təməllər üzərində qurulan Türkiyə-Azərbaycan dostluq və qardaşlıq münasibətləri bu gün Prezident İlham Əliyev və qardaş ölkənin dövlət başçısı Rəcəb Tayyib Ərdoğan tərəfindən uğurla inkişaf etdirilir.
Bununla yanaşı, dünyada, eləcə də regionda baş verən hadisələr fonunda Azərbaycan və Türkiyənin tutduğu mövqe vurğulanıb.
Oxşar xəbərlər
İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB - VİDEO - FOTO
Yanvarın 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib. BAKU.WS müsahibəni təqdim edir. Azərbaycan Televi...