“Haber Global” Qarabağda separatçılardan təmizlənən hərbi mövqeləri ilk dəfə nümayiş etdirdi - VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
Türkiyənin “Haber Global” telekanalı Qarabağdan silsilə süjetlərini davam etdirir.
Bu dəfə telekanalın efirində lokal antiterror əməliyyatı nəticəsində separatçılardan təmizlənən hərbi mövqelər ilk dəfə nümayiş olunub.
“Haber Global”ın bölgəyə ezam olunmuş əməkdaşları Murat Karataş və Ünsal Çakın izləyiciləri qanunsuz erməni hərbi dəstələrinin gizləndiyi hərbi obyektdəki cari vəziyyətlə yaxından tanış ediblər.
Bildirilib ki, separatçılar Azərbaycan əsgəri qarşısında silahlarını ataraq mövqelərindən qaçıblar.
Daha ətraflı “Haber Global”ın videomaterialında:
Oxşar xəbərlər
Ceyhun Bayramov BMT TŞ-nin iclasında çıxış edib - TAM MƏTN + VİDEO
Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov BMT Təhlükəsizlik Şurasının 9422 saylı iclasında bəyanatla çıxış edib. BAKU.WS bəyanatın tam mətn...