"Haber Global": Parisdə keçirilən Olimpiya Oyunlarında rüsvayçı olaylar yaşanır
Fransanın paytaxtı Parisdə keçirilən XXXIII Yay Olimpiya Oyunlarında rüsvayçı olaylar yaşanır.
BAKU.WS “Haber Global”a istinadən xəbər verir ki, Olimpiadanın başladığı müddətdə Parisdəki restoranların, o cümlədən, türk sahibkarlara məxsus iaşə obyektlərinin fəaliyyətində durğunluq hökm sürür.
Qeyd olunub ki, Olimpiadanın davam etdiyi müddətdə Parisə turist axınının olacağına dair gözləntilər doğrulmayıb:
“Sahibkarlar şəhərə 15 milyon turistin gələcəyi ilə bağlı proqnozların fonunda hazırlıqlarını genişləndirmişdilər. Amma Olimpiada çərçivəsində Parisə turist axınını təmin etmək mümkün olmadı. Restoranlarda masaların sayının və personalın artırılmasına baxmayaraq, gözləntilər özünü doğrultmadı”.
Sahibkarlar deyirlər ki, adətən, iyulun sonu və avqust ayında Parisdə turist sayı pik həddə çatır: “Bu dəfə isə əvvəlki illərə nisbətən turistlərin sayında kəskin azalma var”.
“Haber Global”ın başqa bir materialında isə bildirilib ki, Olimpiadada iştirak edən bəzi idmançılar infeksiyaya yoluxublar. Bunun səbəbi kimi Sena çayının çirkliliyin xeyli artması göstərilir:
“Riskli qərar olmasına baxmayaraq, triatlon yarışları keçirildi, idmançılar o çayda üzdülər. Onlardan biri də belçikalı Klara Mişel idi. Bir neçə gün sonra o, virusa yoluxaraq xəstələndi. Beləliklə, ciddi qalmaqal yaşandı”.
Süjetdə qeyd olunub ki, üzgüçülər öz səhhətləri ilə bağlı narahatlıqlarını açıq formada ifadə ediblər. Bundan başqa bildirilib ki, idmançıların məskunlaşdıqları bəzi məkanlarda kondisioner, içməli su və yemək məsələsi də problemə çevrilib.
Oxşar xəbərlər
Şuşada II Qlobal Media Forumu keçirilir, Prezident İlham Əliyev Forumda çıxış edib - YENİLƏNİB
İyulun 20-də “Yalan məlumatların ifşası: Dezinformasiyaya qarşı mübarizə” mövzusunda 2-ci Şuşa Qlobal Media Forumunun açılış mərasimi keçirilib. Azərbaycan Resp...