Göyşaban kəndi naməlum şəxslər tərəfindən zibilliyə çevrilib - VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
Lənkəranın Göyşaban kəndinin ərazisi məişət tullantıları ilə zibillənir və nəticədə natəmizlik baş alıb gedir.
Ətrafa yayılan üfunət sakinləri narahat edir. Həmçinin tullantıların olması sahibsiz heyvanların da sözügedən ərazidə artmasına şərait yaradır.
Məsələ ilə bağlı Göyşaban kənd bələdiyyəsindən bildirilib ki, bəzi sakinlərin gecə saatlarında əraziyə zibil atması ilə əlaqədar dəfələrlə xəbərdarlıq olunsa da, mövcud vəziyyət yenə davam edib.
Bələdiyyə sədri Abdulla Fəttayev məişət tullantılarının müəyyən olunmuş vaxtlarda götürülməsi üçün maşın ayrıldığını da qeyd edib.
Ərazidə heç bir zibil qutusu olmasa da, bələdiyyə sədri günahı vətəndaşlarda görür. Eyni zamanda ərazinin yaxın günlərdə təmizlənəcəyini də bildirib.
Ətraflı Baku TV-nin videosunu təqdim edirik:
Oxşar xəbərlər
İlham Əliyev Şuşada Heydər Əliyevin 100 illiyinə həsr olunmuş beynəlxalq konfransda - YENİLƏNİB + FOTO/VİDEO
Mayın 3-də ADA Universitetinin təşkilatçılığı ilə Şuşada Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Böyük Avrasiya geosiyasətinin formal...