Göygöl rayonunda qanunsuz tikintinin qarşısı alınıb - FOTO/VİDEO

Göygöl rayonunda qanunsuz tikintinin qarşısı alınıb - FOTO/VİDEO
Foto Video
Video 27

Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən səlahiyyətlərinə uyğun olaraq respublika ərazisində qanunsuz tikintilərlə bağlı müvafiq tədbirlərin həyata keçirilməsi davam etdirilir.

BAKU.WS FHN-ə istinadən xəbər verir ki, bu çərçivədə, Göygöl rayonunun Qızılqaya kəndi ərazisində kənd təsərrüfatı təyinatlı torpaq sahəsində qanunsuz tikinti işlərinin aparılması faktı aşkar edilib.

FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən Göygöl Rayon İcra Hakimiyyəti və Əmlak Məsələləri Dövlət Xidmətinin nümayəndələrinin iştirakı ilə həyata keçirilən tədbirlər nəticəsində qanunsuz inşa olunan tikili sökülüb.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər