FHN: "Türkiyədəki zəlzələ bölgəsində 3 016 nəfərə yüksək səviyyəli tibbi xidmət göstərilib" - FOTO/VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
Türkiyədəki zəlzələ bölgəsində 3 016 nəfərə yüksək səviyyəli tibbi xidmət göstərilib.
Bu barədə BAKU.WS-ə Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına əsasən Türkiyədə baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılmasına dəstək məqsədilə qardaş ölkəyə göndərilmiş FHN-in mobil səhra hospitalında zəlzələdən ziyan çəkmiş insanlara tibbi xidmət davam etdirilir.
Ümumilikdə ötən müddət ərzində 655-i uşaq olmaqla 3 016 nəfərə yüksək səviyyəli tibbi xidmət göstərilib.
"Hər cür müayinə və müalicə imkanlarına malik mobil səhra hospitalı fasiləsiz fəaliyyətini davam etdirir", - məlumatda qeyd olunub.
Qalereya
Oxşar xəbərlər
FHN: Türkiyədəki zəlzələ bölgəsində 2639 nəfərə yüksək səviyyəli tibbi xidmət göstərilib - FOTO/VİDEO
Prezident İlham Əliyevin tapşırığına əsasən Türkiyə Respublikasında baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılmasına dəstək məqsədilə qardaş ölkəy...