FHN-in Türkiyədəki mobil səhra hospitallarında 1 364 nəfərə tibbi xidmət göstərilib - VİDEO

FHN-in Türkiyədəki mobil səhra hospitallarında 1 364 nəfərə tibbi xidmət göstərilib - VİDEO
Foto Video
Video 42

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən Türkiyə Respublikasında baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılmasına dəstək məqsədilə qardaş ölkəyə göndərilmiş Fövqəladə Hallar Nazirliyinin mobil səhra hospitalları zəlzələnin ciddi zərər vurduğu Kahramanmaraş rayonunda fəaliyyətini davam etdirir.

Nazirliyinin mətbuat xidmətindən BAKU.WS-ə verilən xəbərə görə, hospitallarda ötən günlər ərzində ümumilikdə 260-ı uşaq olmaqla 1 364 nəfərə yüksək səviyyəli tibbi xidmət göstərilib.

Hər cür müayinə və müalicə imkanlarına malik mobil səhra hospitalları fasiləsiz fəaliyyətini davam etdirir.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər