Fahrettin Koca FHN-in Kahramanmaraşdakı mobil səhra hospitallarında olub - FOTO/VİDEO

Fahrettin Koca FHN-in Kahramanmaraşdakı mobil səhra hospitallarında olub - FOTO/VİDEO
Foto Video
Video 91

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən Türkiyədə olan Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən qardaş ölkədə baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılması ilə əlaqədar tədbirlər davam etdirilir.

Bu barədə BAKU.WS-ə FHN-in mətbuat xidmətindən bildirilib.

Bu çərçivədə, Türkiyə Respublikasının səhiyyə naziri Fahrettin Koca Fövqəladə Hallar Nazirliyinin Kahramanmaraş rayonunda yerləşən mobil səhra hospitallarında olub, burada yaradılmış şəraitlə, həmçinin hospitallarda müayinə və müalicə olunan yaralı və xəstələrin vəziyyətləri ilə maraqlanıb, FHN-in tibbi personalı ilə görüşüb.

F.Koca hospitallarda yaradılmış şəraiti yüksək qiymətləndirib, göstərilən dəstəyə görə Azərbaycan dövlətinə və xalqına təşəkkür edib.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər