“Facebook” üzün tanınması sistemlərini aldadan alqoritm yaradıb - VİDEO

“Facebook” üzün tanınması sistemlərini aldadan alqoritm yaradıb - VİDEO
Video
Video 587
"Facebook" sosial şəbəkəsinin süni intellekt sahəsində texnologiyaların hazırlanması ilə məşğul olan "Facebook AI Research" (FAIR) tədqiqat bölməsi qabaqcıl sifətin tanınması sistemlərini aldada bilən texnologiya yaradıb.BAKU.WS ICTnews-a istinadən xəbər verir ki, bu, ilk belə texnologiya olmasa da, digər şirkətlərin oxşar alqoritmlərindən fərqli olaraq "FAIR" proqramı sifətləri fotoşəkillər üzərində deyil, birbaşa translyasiyalar daxil olmaqla videoda dəyişdirə bilir.Texnologiyanın mahiyyəti ondan ibarətdir ki, alqoritm kompüter təlimi vasitəsilə videoda sifətlərin detallarına cüzi dəyişikliklər edir. Bu dəyişikliklər isə orijinal video ilə birbaşa müqayisədə nəzərə çarpmır, lakin sifətin tanınması sistemlərini uğurla aldadır.Hazırda "Facebook" texnologiyanın kommersiya məhsullarına tətbiqini planlaşdırır. Yeni texnologiya insanların məxfiliyinin qorunması üçün gələcək işləmələrə təsir edə, eləcə də saxta videolarla mübarizəyə kömək edə bilər.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

“Facebook” 5 milyard dollar cərimə edildi, dəyəri 10 milyard dollar artdı

“Facebook” 5 milyard dollar cərimə edildi, dəyəri 10 milyard dollar artdı

ABŞ Federal Ticarət Komissiyasının “Facebook”a verdiyi 5 milyard dollarlıq cəza şirkətin 10,4 milyard dollar dəyər qazanmasına səbəb olub.BAKU.WS “ensonhaber.co...

918 Siyasət 12:52 15 iyul 2019

Son xəbərlər