“Euronews”da “Yaşıl bazar"dan xüsusi reportaj (VİDEO)
14
avq
2018
16:44
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
"Euronews" telekanalının "Postcards" ("Açıqcalar") bölümündə Bakıdakı "Yaşıl bazar"la bağlı süjet yayımlanıb.AZƏRTAC xəbər verir ki, süjetdə "Yaşıl bazar"ın müxtəlif ərzaq məhsullarının satıldığı məkan olduğu, həmçinin qurmanların burada istədikləri hər şeyi tapa biləcəkləri bildirilib. Müəllif Sercio Kantone Qafqazın rənglərinin və ətirlərinin burada toplaşdığını, hər səhər ölkənin müxtəlif regionlarından "Yaşıl bazar"a təzə məhsulların gətirildiyini qeyd edib. Vurğulanıb ki, bazarda satılan dadlı, ekzotik, faydalı məhsullar arasında müxtəlif növ balıqlar, həmçinin əla növ pendir çeşidləri, plovun hazırlanmasında və ümumilikdə Azərbaycan mətbəxində istifadə olunan zəfəran əldə etmək mümkündür. "Yaşıl bazar"ın sadəcə ticarət məntəqəsi olmadığını deyən müəllif qeyd edib ki, bura satıcılarla ünsiyyət, məhsulların ətir və rəngləri, Azərbaycanın ənənələri ilə daha yaxından tanışlığa imkan verir. BAKU.WS
Oxşar xəbərlər
Bahalaşan və ucuzlaşan məhsulların SİYAHISI
2018-ci ilin yanvar-iyun aylarında Azərbaycanda istehlak məhsullarının və xidmətlərin qiymətləri 2017-ci ilin müvafiq dövrünə nisbətən 3,0 faiz, o cümlədən ərza...