Ermənistan parlamentinin binasında xaos - Etirazçıların vəhşiliyi - VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
Dağlıq Qarabağda hərbi əməliyyatların və atəşin dayandırılması ilə bağlı Azərbaycan Prezidenti İlham Əliyev, Ermənistan baş naziri Nikol Paşinyan və Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin birgə imzaladığı bəyanatdan sonra İrəvanda etirazlar başlanıb.
BAKU.WS Ermənistan KİV-ə istinadla xəbər verir ki, bu bəyanatdan sonra etirazçılar Ermənistan parlamentinin binasına daxil olub və oranı dağıdıb.
Etirazçılar Ermənistanın baş naziri Nikol Paşinyanı xain adlandıraraq dərhal onun istefasını tələb edirlər.
Ermənistanda Nazirlər Kabinetinin yenidən qurulması tələb edilir.
Parlamentin binasından çəkilən görüntülər Yerevanda xaosun hökm sürdüyündən xəbər verir.
Oxşar xəbərlər
İlham Əliyev BBC telekanalına müsahibə verib - VİDEO
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Böyük Britaniyanın BBC telekanalına müsahibə verib. BAKU.WS AZƏRTAC-a istinadən müsahibəni təqdim edir. - Pre...