Erməni separatçılarına dərs: Seytnot vəziyyətində yeganə gediş - VİDEO

“Caliber” layihəsinin “YouTube” kanalında yayımlanan yeni süjet Prezident İlham Əliyevin Laçına qayıdan sakinlərlə görüşündə səsləndirdiyi tezislərə və bu kontekstdə Qarabağda öz mövcudluğunu sürdürməyə çalışan separatçı dərnəyi gözləyən aqibətə həsr edilib.
Müəllif xatırladır ki, xunta ünsürləri psevdodövlətin atributlarını ləğv edərək Azərbaycandakı mərkəzi hakimiyyətlə danışıqlara başlamasalar, onları alçaldıcı sonluq gözləyir.
“Görünür, Araik Arutyunyan, Qurgen Nersisyan, Samvel Babayan, Ruben Vardanyan düşdükləri vəziyyətin ciddiliyini sona qədər qavraya bilmirlər. Xüsusən, əgər İlham Əliyev bu haqda ictimaiyyət qarşısında çıxış edibsə, bu artıq son mərhələnin yetişməsi deməkdir. Azərbaycan Prezidenti dəfələrlə əyani olaraq sübut edib ki, o, sözlərini boşuna demir”.
Daha ətraflı “Caliber”in yeni süjetində:
Oxşar xəbərlər
İlham Əliyev Şuşada Heydər Əliyevin 100 illiyinə həsr olunmuş beynəlxalq konfransda - YENİLƏNİB + FOTO/VİDEO
Mayın 3-də ADA Universitetinin təşkilatçılığı ilə Şuşada Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Böyük Avrasiya geosiyasətinin formal...
