Əmircan qəsəbəsində sakinlər ciddi problemlə üzləşiblər
Bakı şəhəri Suraxanı rayonunun Əmircan qəsəbəsində sakinlər ciddi problemlə üzləşiblər.
Bu barədə görüntülər BAKU.WS-ə daxil olub.
Sakinlərin bildirdiyinə görə, təxminən bir ay əvvəl ərazidə su boruları partladıqdan sonra aidiyyəti qurumlar tərəfindən təmir işləri aparılıb. Lakin qazıntı işlərindən sonra ərazi əvvəlki vəziyyətinə qaytarılmayıb. Nəticədə yağış yağdığı zaman qazılmış yer su ilə dolur və ətrafı su basır.
Problemin əsas tərəfi isə həmin ərazidə qaz sayğacının yerləşməsidir. Sakinlər qeyd edirlər ki, qaz sayğacı hazırda havada asılı vəziyyətdə qalıb, heç bir yerə bərkidilməyib. Bu səbəbdən sayğacdakı qalan vəsaiti yoxlamaq və ödəniş etmək mümkün deyil.
Sakinlər məsələ ilə bağlı dəfələrlə aidiyyəti qurumlara müraciət etdiklərini, lakin indiyədək problemin həlli istiqamətində heç bir tədbir görülmədiyini bildirirlər.
Qazılmış yerin dərinliyinin təxminən 1 metr olduğu da vurğulanır.
Oxşar xəbərlər
Binəqədidə "yeraltı dünyaya" giriş var: Birbaşa ölümə dəvətdir
Bakının Binəqədi rayonu ərazisində səkidə böyük çuxur yaranıb. Sakinlərin sözlərinə görə, bu vəziyyət onların hərəkətini çətinləşdirir və həyati təhlükə yaradır...