Elektron qolbaq daşıyıcısı olan məhkumun gündəlik həyatı

Vüqar İsmayılova 2018-ci ildə 178.1-ci maddə, yəni dələduzluq faktı ilə cinayət işi açılıb.
BAKU.TV-nin "Xəbər" buraxılışında yayımlanan sujetdə qeyd olunub ki, Nərimanov rayon məhkəməsi işə baxaraq ona həbs qərarı yox, azadlığın məhdudlaşdırılması növündə cəza hesab olunan elektron qolbaq cəzası tətbiq edib.
"Artıq cəzamın böyük hissəsini çəkmişəm. Normal qaydada həyatıma davam edirəm. Hər gün səhər 09-00 da işə gedib axşam evə qayıdıram. Bakı, Abşeron və Sumqayıt ərazisindən kənara çıxmamaq şərti ilə həyatıma davam edirəm. Sadəcə vaxtı-vaxtında nəzarət edirlər", - deyə məhkum bildirib.
Qolbaqların zədələnməsi, icazəsiz çıxarılması və ya onlara müdaxilə edilməsi cəhdləri olduqda bu barədə dərhal monitorinq mərkəzinə siqnal ötürülür və həmin şəxslərin qanunazidd davranışının qarşısının alınması üçün müvafiq tədbirlər görülür.
"Qolbaq mənə heç bir mane yaratmır. Artıq alışmışam. Əksinə, hər dəfə nə isə səhv addım atmaq istəyəndə cihaza baxıb fikirləşirsən ki, səhv addım atmaq olmaz. Cihaz həmişə üstümdə olur. Yatanda da, hətta hamama girəndə də", - deyə məhkum əlavə edib.
Elektron qolbaqların tətbiq olunması həmin cəzaların effektiv icrasına nəzarətin təşkilinə imkan yaradır. Artıq ölkədə 1400-dən çox məhkum elektron qolbaq daşıyır.
Elektron monitorinq mərkəzi tərəfindən onlara fasiləsiz təsirli nəzarət həyata keçirilir.
Oxşar xəbərlər
Azərbaycanda sosial şəbəkədə təhqirə və böhtana görə yeni cəza
Azərbaycan Milli Məclisində Cinayət Məcəlləsinin 147-ci (Böhtan), 148-ci (Təhqir) və 148-1-ci (İnternet informasiya ehtiyatında saxta istifadəçi adlar, profil v...
