Əlahiddə Ümumqoşun Ordunun motoatıcı birləşmələrində döyüş atışlı məşğələlər keçirilir - VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
Əlahiddə Ümumqoşun Ordunun motoatıcı birləşmələrinin təlim mərkəzi və poliqonlarında şəxsi heyət aktiv məşğələlərə cəlb edilib.
Bu barədə BAKU.WS-ə Müdafiə Nazirliyindən məlumat verilib.
Səhra şəraitində və çətin relyefli ərazilərdə təşkil olunan məşğələlərdə komandirlər tərəfindən tabelikdə olanların silahla davranış qaydaları, nəzəri bilikləri və praktiki bacarıqları yoxlanılır.
Şəxsi heyətin döyüş meydanında hədəfləri məhv edərək sağ qalmaq vərdişlərinin təkmilləşdirildiyi məşğələlərdə silah nümunələrinin tətbiqi səviyyəsi döyüş atışları ilə qiymətləndirilir.
Məşğələlərdə atıcı silahlardan və qumbaraatanlardan praktiki atışlar yerinə yetirilir.
Qalereya
Oxşar xəbərlər
Ordumuzun tank və mexanikləşdirilmiş birləşmələri yeni tədris dövrünə aktiv məşğələlərlə başlayıb - VİDEO
Əlahiddə Ümumqoşun Ordunun tank və mexanikləşdirilmiş birləşmələri yeni tədris dövrünə aktiv məşğələlərlə başlayıb. BAKU.WS xəbər verir ki, bu barədə Müdafiə Na...