DYP-dən sürücülərə XƏBƏRDARLIQ: Tədbirlər gücləndirilir - FOTO/VİDEO

DYP-dən sürücülərə XƏBƏRDARLIQ: Tədbirlər gücləndirilir - FOTO/VİDEO
Foto Video
Video 539

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi paytaxtda avtomobillər tərəfindən zəbt edilən yollarda tədbirləri gücləndirib.

Bunu BAKU.WS-ə açıqlamasında İdarənin baş inspektoru, polis mayoru Araz Əsgərli deyib.

O bildirib ki, vətəndaşların haqlı narazılıq və narahatlığının aradan qaldırılması, süni sıxlıqların yaşanmaması üçün yol polisi gücləndirilmiş qaydada tədbirlərə başlayıb:

“Dəfələrlə piyada səkilərinin, yolların hərəkət hissələrinin zəbt olunması məsələsini vurğulasaq da, təəssüflər olsun ki, hələ də eyni növ problemlər gündəlik təkrarlanır. Yol polisi yenidən gücləndirilmiş tədbirlər keçirib və bu proses davam edəcək.

“Bir daha sürücülərdən xahiş edirik ki, sürücü həmkarlarının yollarını, piyadaların isə səkilərini zəbt etməsinlər. Çünki belə hallarla mübarizə daha qətiyyətli şəkildə aparılacaq”.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər